Gürcü politoloq: Ölkə daxilində bəzi qüvvələr Qərbin maraqlarına xidmət edirlər

Gürcü politoloq: Ölkə daxilində bəzi qüvvələr Qərbin maraqlarına xidmət edirlər Gürcüstanın daxilində olan bəzi qüvvələr ABŞ və Qərb dövlətlərinin maraqlarına xidmət edirlər.
Region
10 Oktyabr , 2024 13:47
Gürcü politoloq: Ölkə daxilində bəzi qüvvələr Qərbin maraqlarına xidmət edirlər
Georgiy Xaindrava

Gürcüstanın daxilində olan bəzi qüvvələr ABŞ və Qərb dövlətlərinin maraqlarına xidmət edirlər.

Bu sözləri "Report"un Gürcüstan bürosuna müsahibəsində gürcü politoloq Georgiy Xaindrava deyib.

O qeyd edib ki, Qərbin və ABŞ-nin əlində oyuncaq olan bu qüvvələr başa düşmürlər ki, onlar bu yolla gürcü xalqını fəlakətə sürükləyirlər.

Onun sözlərinə görə, belə qüvvələrin başında dayananlardan biri prezident Salome Zurabişvilidir:

“Zurabişvili çoxdandır ki, Gürcüstanın prezidenti yox, bu ölkədə Qərbin rezidentidir. Onu xarici agentlərin rəhbəri təyin ediblər və Gürcüstanda inqilab etmək üçün təlimatlandırıblar. Bu ssenari ABŞ-də “Makkeyn İnstitutu”nda yazılıb. Bu ssenari üzrə bir çox QHT-lər və media qurumları da fəaliyyətdədir”.

Politoloq vurğulayıb ki, ölkədə qarışıqlıq yaratmaq istəyən hər hansı bir qüvvə Gürcüstan xalqının düşmənidir.

“Gürcüstanın indiki prezidenti xalqı aldatdı və onu dəstəkləyənlərə arxa çevirdi. Mən əminəm ki, hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” Partiyası bu seçkilərdə çox böyük qələbə qazanacaq və parlamentdə çoxluq təşkil edərək impiçment məsələsini də sona çatdıracaq” – deyə, G.Xaindrava vurğulayıb.

Son xəbərlər

Orphus sistemi