Gürcü politoloq: “Azərbaycan və Ermənistana ekspertlərin görüşünü təklif etmişik”

Region
  • 08 oktyabr, 2023
  • 19:20
Gürcü politoloq: “Azərbaycan və Ermənistana ekspertlərin görüşünü təklif etmişik”

"Həm Azərbaycana, həm də Ermənistana ekspertlər səviyyəsində görüşlərin keçirilməsini təklif etmişik. Azərbaycan tərəfi artıq bizə siyahı verib. Ermənistandan isə cavab gözləyirik".

Bu fikirləri "Report"un Gürcüstan bürosuna politoloq Simon Kapadze bildirib.

"Ermənistan tərəfinə izah etdik ki, qapı bağlı deyil. Razılaşmaq üçün mükəmməl şərait var. Ekspertlər səviyyəsində toplaşaq və məsələni müzakirə edib ortaq məxrəcə gəlmək üçün təkliflər hazırlayaq", - politoloq vurğulayıb.

O, qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhün imzalanması üçün uğurlu məkanlardan biri də Gürcüstandır: “Uzağa da getməyə ehtiyac yoxdur. Vasitəçi Rusiya olanda heç bir irəliləyiş əldə edilmədi. Amerikada danışıqlar getsə də, heç bir nailiyyət əldə olunmadı. Gürcüstan Qafqazda sülhün bərqərar olması üçün hər bir ölkədən çox maraqlıdır".

"Regionda Azərbaycanla ən yaxın olan ölkə, Avropa ilə Asiyanı birləşdirən ən qısa dəhlizik. Bu məsələyə təkcə coğrafi yox, geosiyası, mədəni baxımdan yanaşsaq, Azərbaycan və Gürcüstan iki qardaşdır. Biri Qafqazın şərq qapısını qoruyur, digəri qərb", - o deyib.

S.Kapadzenin sözlərinə görə, 3 dövlət birləşsə, Qafqaz böyük haba çevriləcək.

44 filmi