Gürcü hərbi ekspert: “Ermənistana göndərilən texnikalar ağır zərbə endirəcək texnikalar deyil”

Region
  • 12 noyabr, 2023
  • 20:15
Gürcü hərbi ekspert: “Ermənistana göndərilən texnikalar ağır zərbə endirəcək texnikalar deyil”

“Ermənistana Gürcüstan ərazisindən göndərilən texnikalar qarşı tərəfə ağır zərbə endirəcək texnikalar deyil. Bunun üçün düşünmürəm ki, burada hansısa problem yaransın”.

Bu fikri “Report”un yerli bürosuna hərbi-siyasi ekspert Vaxtanq Maysaya deyib.

“Gürcüstan NATO-ya üzv olmağa çalışdığı üçün Fransa ilə əlaqələri mövcuddur. Ermənistanla da qonşuluq əlaqələri var. Gürcüstanın öz ərazisindən istifadə etdirərək Ermənistana texnikanın keçidinə icazə verməsi beynəlxalq hüquqlar çərçivəsindədir. Burada heç bir qanun pozuntusundan söhbət gedə bilməz”-deyə, o bildirib.