“Gürcü Arzusu” təkrar seçkiləri istisna edib

“Gürcü Arzusu” təkrar seçkiləri istisna edib “Gürcüstanda təkrar seçkilərin keçirilməsi üçün əsas yoxdur”.
Region
5 Noyabr , 2020 16:16
“Gürcü Arzusu” təkrar seçkiləri istisna edib

“Gürcüstanda təkrar seçkilərin keçirilməsi üçün əsas yoxdur”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının baş katibi Kaxa Kaladze bildirib.

O, parlament seçkilərinin yüksək səviyyədə keçirildiyini deyib: “Seçkilərdən sonra müşahidəçi olan beynəlxalq təşkilatlar və dost ölkələrdən də müvafiq qiymətləndirmələr oldu. Növbədənkənar seçkilər səsvermə prosesinin saxtalaşdırıldığı zaman keçirilir. Proses zamanı bəzi kiçik qeyri-dəqiqliklər olub, lakin onlar yalnız texniki xarakter daşıyıb”.

Qeyd edək ki, Gürcüstanda oktyabrın 31-də baş tutan parlament seçkilərindən sonra ölkədə siyasi gərginlik yaranıb. Qanunverici orqana keçən 8 müxalifət partiyası seçkilərin qeyri-legitim olduğunu bildirərək deputat mandatlarından imtina edib. Müxalifət seçkilərin nəticələrinin ləğvini və təkrar seçkilərin təyin olunmasını tələb edir.

Son xəbərlər

Orphus sistemi