“Gürcü Arzusu” Saakaşvilinin baş nazirliyə namizədliyinə münasibət bildirib

“Gürcü Arzusu” Saakaşvilinin baş nazirliyə namizədliyinə münasibət bildirib “Mixeil Saakaşvili o qədər qayıdacağını söyləyib ki, bu artıq olduqca qeyri-ciddi məsələyə çevrilib”.
Region
7 Sentyabr , 2020 14:23
“Gürcü Arzusu” Saakaşvilinin baş nazirliyə namizədliyinə münasibət bildirib
Rati İonatamişvili 

“Mixeil Saakaşvili o qədər qayıdacağını söyləyib ki, bu artıq olduqca qeyri-ciddi məsələyə çevrilib”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının parlamentdəki fraksiya rəhbəri Rati İonatamişvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, baş verənlər həqiqətən də komediya janrındadır: “Bu adam özü faktiki olaraq 10 gün öncə ən ağır cinayətlərini etiraf edib. Bundan sonra müxalifət baş nazir vəzifəsinə onun namizədliyini irəli sürür. Biz burada nədən danışa bilərik?”.

Hakim partiya rəsmisi deyib ki, M.Saakaşvili Gürcüstana qayıtlamlıdır: “Onu Gürcüstanda ən çox Penitensiar Xidmətdə gözləyirlər”.

 

Son xəbərlər

Orphus sistemi