“Gürcü Arzusu”nun sədrliyinə namizəd irəli sürüldü

“Gürcü Arzusu”nun sədrliyinə namizəd irəli sürüldü İrakli Kobaxidze Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri vəzifəsinə namizəd irəli sürülüb.
Region
11 Yanvar , 2021 17:11
“Gürcü Arzusu”nun sədrliyinə namizəd irəli sürüldü

İrakli Kobaxidze Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri vəzifəsinə namizəd irəli sürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar partiyanın Siyasi Şurasında qəbul edilib.

Partiyanın baş katibi Kaxa Kaladze bildirib ki, yanvarın 16-da “Gürcü Arzusu”nun qurultayı keçiriləcək: “Qurultayda həm yeni sədr seçiləcək, həm də Siyasi Şuranın tərkibi yenilənəcək”.

Qeyd edək ki, 2015-ci ildən “Gürcü Arzusu”nun icraçı katibi vəzifəsini tutan 43 yaşlı İ.Kobaxidze 2016-2019-cu illərdə Gürcüstan parlamentinin sədri olub. O, 2016-cı ildən deputatdır.

Son xəbərlər

Orphus sistemi