Güney Azərbaycanda boya zavodundakı partlayışda xəsarət alanların sayı 64 nəfərə çatıb - YENİLƏNİB

Region
  • 26 dekabr, 2022
  • 15:01
Güney Azərbaycanda boya zavodundakı partlayışda xəsarət alanların sayı 64 nəfərə çatıb - YENİLƏNİB

Güney Azərbaycanın Tufarqan şəhərində (hazırkı adı Azərşəhrdir) boya zavodunda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 64 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Partlayışın miqyasına görə hələ də qurbanların sayının artması ehtimalı var.

Əyalət qubernatoru yanında böhran vəziyyəti idarəsinin rəhbəri bildirib ki, partlayış qaz sızması nəticəsində baş verib.

16:19

Dekabrın 26-da Güney Azərbaycanın Tufarqan şəhərində (hazırkı adı Azərşəhrdir) boya zavodunda baş verən partlayış nəticəsində 54 nəfər yaralanıb.

“Report” “Tasnim”ə istinadən bildirir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin yerli idarəsi məlumat yayıb.

Hadisə Tufarqanın Səlimi qəsəbəsində yerləşən “Atlas Foam Sahənd Industries" şirkətinin müəssisəsində qeydə alınıb.

Yaralananlardan 10-nun vəziyyəti ağırdır.

Partlayış yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.

Qeyd edək ki, Tufarqan şəhəri Təbrizdən 60 kilometr cənub-qərbdə və Urmiya gölünün şərqində, Səhənd dağının qərbində yerləşir.

Son xəbərlər

Bütün Xəbər Lenti