Güclü yağış Batumidə fəsadlar yaradıb

Güclü yağış Batumidə fəsadlar yaradıb Güclü yağış Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində ciddi problemlər yaradıb.
Region
6 Sentyabr , 2019 23:25
Güclü yağış Batumidə fəsadlar yaradıb

Güclü yağış Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində ciddi problemlər yaradıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, axşam saatlarında başlayan aramsız yağış nəticəsində şəhərin bəzi mərkəzi küçə və yollarını su basıb.

Leysan avtomobillərin hərəkətində məhdudiyyətlər yaradıb. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Acarıstanda və Batumidə yağışın sabah da yağacağı proqnoz olunub.

Orphus sistemi