Giorgi Volski: Fransanın Gürcüstandakı səfirliyinin dəstəklədiyi QHT-lər ölkəyə zərər vurur

Giorgi Volski: Fransanın Gürcüstandakı səfirliyinin dəstəklədiyi QHT-lər ölkəyə zərər vurur Fransanın Gücrüstandakı Səfirliyinin dəstəklədiyi QHT-lər ölkəyə zərər vurur
Region
22 aprel 2025 21:57
Giorgi Volski: Fransanın Gürcüstandakı səfirliyinin dəstəklədiyi QHT-lər ölkəyə zərər vurur

Fransanın Gücrüstandakı Səfirliyinin dəstəklədiyi QHT-lər ölkəyə zərər vurur

“Report”un yerli bürosunun xəbərinə görə, bunu Gürcüstan parlamentinin birinci vitse-spikeri Giorgi Volski deyib.

O, bildirib ki, qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi proqramlar ölkəyə heç bir fayda vermir və yalnız inqilabi proseslərin inkişafına xidmət edir.

G.Volski qeyd edib ki, həmin təşkilatların proqramları cəmiyyətə heç bir fayda vermir, əksinə, dövlətçiliyə qarşı təhlükə yaradır:

“Bu proqramlar yalnız inqilabi prosesin inkişafına xidmət edir. Onlar konkret bir ölkənin və ya ölkələr birliyinin təşkilatıdır. Bu, dərin dövlətin formasıdır və həmin strukturların marionetkası olan siyasətçilər, həm Avropada, həm də Gürcüstanda fəaliyyət göstərirlər. Onların isə öz növbəsində daha kiçik marionetkaları var ki, onlar da idarə olunur”.

O, Fransa Səfirliyinin bu məsələ ilə bağlı heç bir açıqlama verməməsini də tənqid edib və bunu Qərb maliyyəsinin dağıdıcı məqsədlərlə istifadə olunduğuna dair daha bir sübut kimi qiymətləndirib.

Orphus sistemi