Gəncə Dövlət Dram Teatrı Tbilisidə “Dəli yığıncağı” tamaşası ilə çıxış edib - FOTO

Gəncə Dövlət Dram Teatrı Tbilisidə “Dəli yığıncağı” tamaşası ilə çıxış edib - FOTO Gəncə Dövlət Dram Teatrı A.S. Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyasının əsasında hazırlanan eyni adlı tamaşa nümayiş etdirib.
Region
24 Oktyabr , 2019 17:51
Gəncə Dövlət Dram Teatrı Tbilisidə “Dəli yığıncağı” tamaşası ilə çıxış edib - FOTO
Report

Gəncə Dövlət Dram Teatrı A.S. Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyasının əsasında hazırlanan eyni adlı tamaşa nümayiş etdirib.

“Report”un yerli bürosu xəbər verir ki, səhnə əsəri böyük ədibin 150 illik yubileyi ilə əlaqədar Gürcüstanda keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi və ölkənin Gürcüstandakı səfirliyinin təşkilatı dəstəyi ilə təqdim olunub.

Bir hissəli “Dəli yığıncağı” tamaşasına Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova quruluş verib, quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatı Tünzalə Mustafayevaya məxsusdur.

Tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər İlham Hüseynov, Elxan Abbasov, Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və digərləri ifa ediblər.

Tamaşçılar səhnə əsərini böyük maraq və alqışlarla qarşılayıblar. İzləyicilər arasında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Gürcüstanın Azərbaycanlı Ağsaqallar Şurasının üzvləri, C.Məmmədquluzadənin yubileyi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün Tbilisiyə Azərbaycandan səfər edən qonaqlar, ziyalılar, tələbələr və gənclər olub. 

Son xəbərlər

Orphus sistemi