Fuat Oktay: “İstanbulda terror törədənlər ələ keçiriləcək və qanun qarşısında cavab verəcəklər”

Fuat Oktay: “İstanbulda terror törədənlər ələ keçiriləcək və qanun qarşısında cavab verəcəklər” “Dünyanın harasında olursa olsun terroru törədənlər ələ keçiriləcək və qanun qarşısına cavab verəcəklər”.
Region
14 Noyabr , 2022 17:38
Fuat Oktay: “İstanbulda terror törədənlər ələ keçiriləcək və qanun qarşısında cavab verəcəklər”

“Dünyanın harasında olursa olsun terroru törədənlər ələ keçiriləcək və qanun qarşısına cavab verəcəklər”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, terror aktı ilə bağlı əməliyyat-istintaq hərəkətləri davam edir: “Terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Yaralıların 2-sinin durumu ağırdır. Hüquq- mühafizə orqanları, o cümlədən prokurorluq öz işlərini davam etdirir. Şahidlər dindirilir”.

F.Oktay xatırladıb ki, partlayışı qadın terrorçu törədib, o üzərində olan bombanı partladıb: “Terror aktının üstü ən qısa vaxtda tam açılacaq. Bu proseslə bağlı kim varsa, hamısı qanun qarşısında cavab verəcək”.

Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan 55-i artıq evə buraxılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

Son xəbərlər

Orphus sistemi