FTX direktoru: "Son iki ildə 419 terror aktının qarşısı alınıb"

FTX direktoru: "Son iki ildə 419 terror aktının qarşısı alınıb" Rusiyanın xüsusi xidmət və hüquq mühafizə orqanları Ukraynada müharibə (xüsusi əməliyyat) başlayandan 419 terror cinayətinin qarşısını alıb.
Region
13 Fevral , 2024 15:15
FTX direktoru: Son iki ildə 419 terror aktının qarşısı alınıb

Rusiyanın xüsusi xidmət və hüquq-mühafizə orqanları Ukraynada müharibə başlayandan 419 terror aktının qarşısını alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, Milli Antiterror Komitəsinin sədri Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, internet saytlarında 360 min ekstremist material aşkarlanaraq silinib, sosial şəbəkələrdəki 70 min səhifəyə giriş bloklanıb.

Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Moskva bu müharibəni xüsusi əməliyyat adlandırır.

Son xəbərlər

Orphus sistemi