Fransalı ekspert: "Paris İrəvandan regionda mövqeyini gücləndirmək üçün istifadə edir"

Fransalı ekspert: "Paris İrəvandan regionda mövqeyini gücləndirmək üçün istifadə edir" Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy rəsmi Parisin Ermənistandan regionda mövqeyini gücləndirmək üçün istifadə etdiyini bildirib.
Region
8 Dekabr , 2023 16:49
Fransalı ekspert: Paris İrəvandan regionda mövqeyini gücləndirmək üçün istifadə edir

Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy rəsmi Parisin Ermənistandan regionda mövqeyini gücləndirmək üçün istifadə etdiyini bildirib.

O, "Report"un yerli bürosuna açıqlamasında deyib ki, rəsmi Parisin İrəvana hərbi dəstəyi onun tərəfinə keçməsi deyil: "Bu onun Azərbaycana qarşı mövqe tutması kimi qiymətləndirilməməlidir. Yelisey sarayı Qafqazda öz təsir dairəsini möhkəmləndirməyə çalışır. Ermənistana göstərilən hərbi dəstək Fransanın Qafqazdakı mövqeyini gücləndirmək planının bir hissəsidir. Fransa Ermənistandan istifadə edərək Rusiya və Türkiyəyə münasibətdə regionda mövqeyini gücləndirməyə çalışır".

Ekspert Azərbaycanın hərbi qüdrətinə də toxunub: "Fransa Ermənistana hərbi yardım göstərməklə strateji balansı pozmuş olmur. Əksinə, Azərbaycanın hərbi gücü İrəvanın hərbi gücündən qat-qat üstündür. Bakı hərbi gücü sayəsində İrəvan üzərində qələbə çala bilib. Bu o deməkdir ki, Paris ermənilərə silah yardımı etməklə strateji balansı pozmur, əskinə, strateji balanssızlığın yaranmasına şərait yaradır".

E.Dupuy qeyd edib ki, Fransa Ermənistana Azərbaycanın işğal etdiyi ərazilərini tərk etdikdən sonra hərbi dəstək göstərməyə razılıq verib: "Parisin yalnız Ermənistana deyil, Qazaxıstan, Özbəkistan, Gürcüstan və digər ölkələrə hərbi yardım göstərməsinə dair ikitərəfli razılığı var. İrəvana yalnız bu gün qonşu ölkələrin torpaqlarından çıxdıqdan sonra hərbi dəstək göstərmək qərarını verib. Bu günə qədər isə yəni Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə ona hər hansı bir hərbi dəstək olmaqdan imtina edib".

Ekspert vurğulayıb ki, ermənilərə verilən silahlar hücum silahları deyil: "Bunlar yalnız qoşun nəqliyyatlarıdır. Bu, Fransanın Ermənistanın onun tərəfinə keçməsi və Azərbaycan əleyhinə mövqe tutması demək deyil".

Son xəbərlər

Orphus sistemi