Bakı. 21 fevral. REPORT.AZ/ Fransanın xarici işlər naziri Jan İves Le Drian yaxın günlərdə Rusiya və İrana səfər edəcək.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, o, bunu Fransa parlamentindəki açıqlamasında bildirib.
Səfər zamanı Yaxın Şərq bölgəsi, o cümlədən Suriyadakı böhranla bağlı məsələnin də müzakirə ediləcəyi gözlənilir.