Fransa Türkiyəyə 139 axtarış-xilasetmə mütəxəssisi göndərib

Fransa Türkiyəyə 139 axtarış-xilasetmə mütəxəssisi göndərib Fransa Türkiyəyə 139 axtarış-xilasetmə mütəxəssisi göndərib.
Region
6 Fevral , 2023 17:53
Fransa Türkiyəyə 139 axtarış-xilasetmə mütəxəssisi göndərib

Fransa Türkiyəyə 139 axtarış-xilasetmə mütəxəssisi göndərib.

“Report” xəbər verir ki, bu barədə Fransanın Türkiyədəki səfirliyindən bildirilib.

Məlumata görə, mütəxəssislər bu axşam Türkiyəyə çatacaqlar.

Xatırladaq ki, Böyük Britaniya Türkiyəyə 76 axtarış-xilasetmə mütəxəssisi göndərib.

Qeyd edək ki, bu gün Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Son məlumata görə, zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb, 7634 nəfər yaralanıb. Təbii fəlakət zamanı 2824 bina dağılıb.

Son xəbərlər

Orphus sistemi