Fransa Ermənistana hərbi texnikanın verilməsinə razılaşıb

Fransa Ermənistana hərbi texnikanın verilməsinə razılaşıb Paris gələcəkdə İrəvanla Ermənistana hərbi texnikanın verilməsini mümkün edəcək saziş bağlamağa razılaşıb.
Region
3 Oktyabr , 2023 22:29
Fransa Ermənistana hərbi texnikanın verilməsinə razılaşıb

Paris gələcəkdə İrəvanla Ermənistana hərbi texnikanın verilməsini mümkün edəcək saziş bağlamağa razılaşıb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.

"Fransa gələcəkdə Ermənistana öz təhlükəsizliyini təmin etmək üçün hərbi texnika verməyə imkan verəcək saziş imzalamağa razılıq verib. Hələlik bu barədə ətraflı danışa bilmərəm", - Kolonna qeyd edib.

Fransalı nazir həmçinin deyib ki, o, Avropa diplomatiyasının rəhbəri Cozef Borelə ​​Aİ-nin Ermənistandakı mülki missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsi təklifi ilə rəsmi müraciət edib. O, Ermənistanın Moldovanın qoşulduğu Avropa Sülh Fonduna daxil olmasını təklif edib.

Son xəbərlər

Orphus sistemi