FHN rəsmisi: Ərdoğan Azərbaycanın yanğınsöndürmə təyyarəsinin heyət üzvlərinə təşəkkür edib

FHN rəsmisi: Ərdoğan Azərbaycanın yanğınsöndürmə təyyarəsinin heyət üzvlərinə təşəkkür edib "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FHN-ə məxsus amfibiya tipli təyyarənin heyət üzvlərinə təşəkkürünü bildirib".
Region
25 iyun 2022 21:50
FHN rəsmisi: Ərdoğan Azərbaycanın yanğınsöndürmə təyyarəsinin heyət üzvlərinə təşəkkür edib
Turqay Abbaslı

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FHN-ə məxsus amfibiya tipli təyyarənin heyət üzvlərinə təşəkkürünü bildirib".

Bu fikirləri "Report"un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı bildirib.

"Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndərilməsi və yanğın ocaqlarının genişlənməsinin qarşısını almaq məqsədi ilə qardaş ölkəyə ezam olunub. Artıq iki gündür ki, amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarında iştirak edir. Dünən səhər erkən saatlardan etibarən türkiyəli həmkarlarımızla əməliyyatlarda bərabər iştirak etmişik. Qeyd edim ki, amfibiya tipli təyyarəmiz dünən gün ərzində iki dəfə yanğınsöndürmə əməliyyatlarına qoşulub, hər birində isə müxtəlif saylarda müxtəlif nöqtələrə su boşaldıb", - FHN rəsmisi qeyd edib.

T.Abbaslı vurğulayıb ki, FHN-in Muğladaki şəxsi heyəti qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi və yanğın ocaqlarının genişlənməsinin qarşısını almaq məqsədilə yerli koordinasiya mərkəzindən tapşırıqlar gözləyir: "Daxil olan həmin tapşırıqlara uyğun hərəkət istiqamətlərimizi planlayırıq".

Son xəbərlər

Orphus sistemi