Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin cəsədini çıxarıb

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin cəsədini çıxarıb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatl
Region
14 Fevral , 2023 09:48
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin cəsədini çıxarıb

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin cəsədini çıxarıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Son xəbərlər

Orphus sistemi