Fərid Şəfiyev: "Ermənistanda hakim konsepsiya etnosentrizm, ksenofobiya və millətçilikdir"

Fərid Şəfiyev: "Ermənistanda hakim konsepsiya etnosentrizm, ksenofobiya və millətçilikdir" "Nikol Paşinyanın hakimiyyətinin ilk ayları onun sələflərinin hakimiyyət dövrlərindən fərqlənsə də, bir müddət sonra onun da bu konsepsiyaların davamçısı olduğu bəlli olub”
Region
6 May , 2021 14:05
Fərid Şəfiyev: Ermənistanda hakim konsepsiya etnosentrizm, ksenofobiya və millətçilikdir
Fərid Şəfiyev

"Ermənistanda müxtəlif dövrlərdə ksenofob kampaniyalar həyata keçirilib, lakin onlar kifayət qədər öyrənilməyib".

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Ermənistandakı Azərbaycanofobiya: ermənilərin müharibədən əvvəlki və müharibədən sonrakı diskurslarında düşmənçilik” adlı hesabatın təqdimatında deyib.

“Ermənistanda etnosentrizm, ksenofobiya, millətçilik hakim konsepsiyalar olub. Bu ideologiya dövlət başçıları səviyyəsində təbliğ edilib. Nikol Paşinyan hakimiyyətinin ilk ayları onun sələflərinin hakimiyyət dövrlərindən fərqlənsə də, bir müddət sonra onun da bu konsepsiyaların davamçısı olduğu bəlli olub”, –F.Şəfiyev bildirib.

Mərkəzin rəhbəri bu konsepsiyaların əsasında “azərbaycanlılar düşməndir”, “Ermənistan xristian dünyasının forpostudur” obrazları, qondarma “erməni soyqırımı” iddiaları və s. durur.

Son xəbərlər

Orphus sistemi