​Federika Mogerini: "İranın atom proqramı üzrə danışıqlar bir neçə gün də uzana bilər"

​Federika Mogerini: "İranın atom proqramı üzrə danışıqlar bir neçə gün də uzana bilər" Avropa İttifaqının ali təmsilçisi: "Ancaq bu son tarixi uzatmağımız demək deyil"
Region
7 İyul , 2015 17:11
​Federika Mogerini: İranın atom proqramı üzrə danışıqlar bir neçə gün də uzana bilər

Bakı. 7 iyul. REPORT.AZ/ "Biz danışıqları davam etdiririk. Ancaq bu son tarixi uzatmağımız demək deyil".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İranın atom-nüvə proqramı ilə bağlı müzakirələrin gedişi haqda jurnalistlərə məlumat verən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogerini bildirib.

Onun sözlərinə görə, danışıqlar bir neçə gün də uzana bilər.

Qeyd edək ki, İranın nüvə prqramı ilə bağlı yekun razılaşma sənədi iyunun 30-da imzalanmalı idi. 

Son xəbərlər

Orphus sistemi