"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Kris Boqdan sözügedən məsələ ilə bağlı aylardır müzakirənin getdiyini vurğulayıb.
Bu qırıcıların istehsalında 9 ölkə, o cümlədən Türkiyə iştirak edir. "F-35"lər səsdən iti uçur. Bu döyüş təyyarələri "F-16" və "F-18"lərin dördüncü nəslinə aiddir, onlardan 4 dəfə güclü olmaqla yanaşı havada və yerdəki hədəflərə daha tez həmlə edə bilir.