Estoniya Rusiyaya aparılan PUA-ları müsadirə edərək Ukraynaya verib

Estoniya Rusiyaya aparılan PUA-ları müsadirə edərək Ukraynaya verib Estoniya polisi Rusiya ordusu üçün ölkədən çıxarmağa cəhd göstərilən pilotsuz uçuş aparatları (PUA) Ukraynaya verib.
Region
4 Oktyabr , 2022 15:22
Estoniya Rusiyaya aparılan PUA-ları müsadirə edərək Ukraynaya verib

Estoniya polisi Rusiya ordusu üçün ölkədən çıxarmağa cəhd göstərilən pilotsuz uçuş aparatlarını (PUA) Ukraynaya verib.

"Report" "rus.err.ee"yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Estoniyadakı səfirliyindən bildirilib. 

Qeyd olunub ki, Rusiya və Estoniya dövlətlərinin vətəndaşlığını daşıyan 43 yaşlı Vladimir Şilov bu ilin iyulunda Rusiya ordusu üçün Estoniyadan pulla aldığı PUA-ları ölkə ərazisindən çıxarmağa cəhd göstərib.

Elə həmin zaman o, Estoniyanın təhlükəsizlik polisi tərəfindən saxlanılıb. PUA-lar isə müsadirə edilib.

PUA-lar Ukraynaya təhvil verildiyini Estoniya polisi də təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi