Ermənistan oktyabrın 10-da Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı müqaviləni imzalayacaq

Ermənistan oktyabrın 10-da Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı müqaviləni imzalayacaq Ermənistanın Avrasiya İqtisadi İttifaqına planlı şəkildə birləşdirilməsi 2015-ci ilin yanvar ayının 2-dən tez olmayacaq
Region
30 Sentyabr , 2014 18:06
Ermənistan oktyabrın 10-da Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı müqaviləni imzalayacaq
Bakı. 30 sentyabr. REPORT.AZ/ Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) planlı şəkildə birləşdirilməsi 2015-ci ilin yanvar ayının 2-dən tez olmayacaq. Bununla belə Yerevanla müqavilənin imzalanması oktyabr ayının 10-da nəzərdə tutulub. "Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin Gömrük İttifaqı orqanları ilə qarşılıqlı fəaliyyət və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamenti direktorunun müavini Anna Sısoyeva Beynəlxalq İşlər üzrə Federasiya Şurası Komitəsinin iclasında bildirib.   

"Qazaxıstan ratifikasiyanı oktyabr ayının 2-də, Belarus - oktyabr ayının 7-də keçirəcək. Ümumilikdə biz ümid edirik ki, oktyabr ayının 10-da prezidentlərin Minskdə toplaşdığı zaman biz hər üç ölkənin ratifikasiyanı tamamladığı haqqında bəyanat hazırlayacağıq. Bununla da 2015-ci ilin yanvar ayının 1-dən müqavilənin qüvvəyə minməsinə hazır olacağıq" - deyə, Sısoyeva qeyd edib. Onun sözlərinə görə, Ermənistanın Aİİ-yə qoşulması haqqında müqavilənin oktyabr ayının 10-da Minskdə MDB ölkələri başçılarının Şurasının iclası çərçivəsində imzalamanması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi