​Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi yarıbayarı azalıb

​Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi yarıbayarı azalıb 2015-ci ilin yanvar-mart ayları ərzində Ermənistanın xarici ticarət dövriyyəsinin həcmi 945,1 milyon dollar olub
Region
4 May , 2015 14:39
​Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi yarıbayarı azalıb

Bakı. 4 may. REPORT.AZ/ 2015-ci ilin ilk 3 ayı ərzində Ermənistanla Rusiya arasında xarici ticarət dövriyyəsi 41,2% azalaraq, 190,3 milyon dollar təşkil edib. "Report" erməni KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistanın Milli Statistika Xidməti məlumat yayıb.

Xəbərə görə, Ermənistandan Rusiyaya ixracat 3 ayda 1,38 milyon dollar azalıb. Ötən ilin ilk üç ayında bu rəqəm 65,3 milyon dollar olub. Rusiyadan Ermənistana ixracat ötən ilin uyğun dövrü ilə müqayisədə 25,5 % azalaraq, 146,2 milyon dollar təşkil edib.

Ermənistanla MDB-yə üzv ölkələr arasında ticarət dövriyyəsi 227 milyon dollar olub və ötən ilin ilk üç ayı ilə müqayisədə 40,6% azalıb.

Hesabat dövründə Avropa İttifaqına üzv dövlətlərlə Ermənistan arasındakı ticarət dövriyyəsində də kəskin azalma baş verib. Məlumata görə, ötən ilin yanvar-mart ayları ilə müqayisədə cari il ittifaqa üzv ölkələrlə Ermənistan arasında 258,7 milyon dollarlıq ticarət olub. Bu isə hesabat dövrü ilə müqayisədə 31,7% azalma deməkdir.

Ümumilikdə 2015-ci ilin yanvar-mart ayları ərzində Ermənistanın xarici ticarət dövriyyəsinin həcmi 945,1 milyon dollar olub və bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 28,5% azalma deməkdir. 

Hesabat dövründə ixracat 267,6 milyon dollar (23,1% azalma), idxalat 677,5 milyon dollar (azalma 30,5%) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi