Ermənistanla Gürcüstan arasındakı “Sadaxlı” sərhəd-buraxılış məntəqəsi işini dayandırıb

Ermənistanla Gürcüstan arasındakı “Sadaxlı” sərhəd-buraxılış məntəqəsi işini dayandırıb Ermənistanda əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” keçid məntəqəsi fəaliyyətini dayandırıb.
Region
26 May , 2024 23:59
Ermənistanla Gürcüstan arasındakı “Sadaxlı” sərhəd-buraxılış məntəqəsi işini dayandırıb

Ermənistanda əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” keçid məntəqəsi fəaliyyətini dayandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Qeyd olunub ki, çayın daşması nəticəsində iki ölkəni birləşdirən yol zədələnib, Ermənistan tərəfdəki Baqrataşen keçid məntəqəsinin də işi dayandırılıb.

Hazırda yük maşınları “Ninotsminda” və “Ququti” keçid məntəqələrinə yönləndirilir.

Xatırladaq ki, Ermənistanın şimalında baş verən daşqın nəticəsində üç nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi