Ermənistanın Xüsusi İstintaq Xidməti ölkə parlamentindəki qarşıdurmaları araşdıracaq.
"Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, bununla bağlı müxtəlif şəxslər dəvət olunacaq və müvafiq materiallar hazırlanacaq.
Konkret olaraq hansı şəxslərin dindiriləcəyini dəqiqləşdirmək mümkün olmayıb. Məlumata görə, hələ cinayət işi açılmayıb.
Qeyd edək ki, 24-25 avqust tarixlərində Ermənistan parlamentində 3 əlbəyaxa dava olub, deputatlar bir-birinə butulka atıblar.