Ermənistanın üç parlament fraksiyası Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək

Ermənistanın üç parlament fraksiyası Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək Bakı. 2 may. REPORT.AZ/ Ermənistan parlamentinin üç müxalif fraksiyası – Elk, Daşnaksütyun və Çarukyan bloku müxalifət lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək.
Region
2 May , 2018 21:05
Ermənistanın üç parlament fraksiyası Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək

Bakı. 2 may. REPORT.AZ/ Ermənistan parlamentinin üç müxalif fraksiyası – "Elk", "Daşnaksütyun" və "Çarukyan" bloku müxalifət lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Paşinyan "Respublika" meydanında keçirilən mitinqdə bildirib.

"Parlament fraksiyaları: - "Elk", "Daşnaksütyun" və "Çarukyan" bloku sabah mənim baş nazir vəzifəsinə namizədliyimi irəli sürəcəklər. Respublikaçılar partiyası artıq mənim namizədliyimə səs verməyə hazır olduğunu bildirib", – deyə Paşinyan qeyd edib.

"Sabah biz parlamentdə fraksiyalarla işləyəcəyik, siz isə dincələcəksiniz", - deyə o, tərəfdarlarına müraciət edib.

Paşinyan qeyd edib ki, cümə axşamı vətəndaş itaətsizliyi aksiyası olmayacaq. 

Son xəbərlər

Orphus sistemi