Ermənistanın sabiq xidmət rəisi: Dövlət orqanları daha Paşinyana tabe olmur

Ermənistanın sabiq xidmət rəisi: Dövlət orqanları daha Paşinyana tabe olmur "Paşinyanın başqa çıxış yoxdur, o, mütləq istefaya getməyə məcburdur".
Region
5 Dekabr , 2020 23:30
Ermənistanın sabiq xidmət rəisi: Dövlət orqanları daha Paşinyana tabe olmur
Artur Vanesyan

"Nikol Paşinyanın başqa çıxış yoxdur, o, mütləq istefaya getməyə məcburdur".

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, "Ayrenik" ("Vətən") Partiyasının sədri Artur Vanesyan deyib.

Onun sözlərinə görə, əgər Nikol Paşinyan 8 dekabr saat 12:00-yə qədər istefaya getməsə, xalq öz tələbini itaətsizlik aksiyaları ilə təqdim edəcək.

"Paşinyanı mümkün qədər tez kənarlaşdırmaq üçün qanunla nəzərdə tutulmuş bütün addımların atılmasına təşəbbüs göstərəcəyik", - "Vətən" Partiyasının lideri bildirib.

İtaətsizlik olacağı təqdirdə hüquq-mühafizə orqanlarının həbsləri həyata keçirməyə başlayacağı ilə bağlı təhlükənin olub-olmayacağı barədə suala cavabında Artur Vanesyan bildirib ki, Ermənistan Respublikasında yalnız hüquq-mühafizə sistemi deyil, həm də dövlət strukturları daha Nikol Paşinyana tabe olmur.

"Polis öz işini yerinə yetirir, Nikol Paşinyanın yox, bizim hamımızın təhlükəsizliyini təmin edir", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi