Ermənistanın sabiq prezidenti: "Paşinyan çox tez sönüb gedən meteoritdir"

Ermənistanın sabiq prezidenti: "Paşinyan çox tez sönüb gedən meteoritdir" Bakı. 19 sentyabr. REPORT.AZ/ Ermənistanın mövcud hakimiyyəti səbatsızdır, iqtisadiyyatda naşıdır, aydın fəaliyyət planına malik deyil.
Region
19 Sentyabr , 2018 16:46
Ermənistanın sabiq prezidenti: Paşinyan çox tez sönüb gedən meteoritdir
0 : 00
0 : 00

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Ermənistanın mövcud hakimiyyəti səbatsızdır, iqtisadiyyatda naşıdır, aydın fəaliyyət planına malik deyil".

“Report”un xəbərinə görə, bunu Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.

Onun fikrincə, hökumət başçısı Nikol Paşinyan parlaq şəxsdir, lakin populizmə ifrat meyl göstərməsi ciddi narahatlıq doğurur: "Ola bilsin, Paşinyan çox tez sönüb gedən meteoritdir”.

Son xəbərlər

Orphus sistemi