Ermənistanda sabiq nazirin azadlığa buraxılması müqabilində külli miqdarda girov təklif olunub

Ermənistanda sabiq nazirin azadlığa buraxılması müqabilində külli miqdarda girov təklif olunub Ermənistanın qanunsuz silah-sursat saxlamaqda və özgə əmlakını qəsb etməkdə təqsirləndirilərək həbs edilən sabiq müdafiə naziri Manvel Qriqoryanın vəkilləri məhkəmə zamanı onun azadlığa buraxılması müqabilində ümumi dəyəri 3 milyon dollardan artıq olan əmlaklar təklif ediblər.
Region
17 Dekabr , 2019 19:04
Ermənistanda sabiq nazirin azadlığa buraxılması müqabilində külli miqdarda girov təklif olunub

Ermənistanın qanunsuz silah-sursat saxlamaqda və özgə əmlakını qəsb etməkdə təqsirləndirilərək həbs edilən sabiq müdafiə naziri Manvel Qriqoryanın vəkilləri məhkəmə zamanı onun azadlığa buraxılması müqabilində ümumi dəyəri 3 milyon dollardan artıq olan əmlaklar təklif ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, yerli saytların canlı yayımladığı məhkəmə zamanı müttəhimin vəkili Levon Baqdasaryan bildirib:

“Qriqoryan və ona yaxın şəxslərə məxsus əmlakların əksəriyyətinə həbs qoyulub. İndi biz müdafiə etdiyimiz şəxsin azadlığa buraxılması müqabilində həbs qoyulmayan 25 əmlakı girov şəklində təklif edirik. Müstəqil ekspertlərin rəyinə görə, həmin əmlakların bazar qiyməti 1,6 milyard drama yaxındır”.

Qeyd edək ki, müttəhimin olmaması səbəbindən məhkəmə iclası yarımçıq qalsa da, məhkəmə bu vəsatəti nəzərə alıb.

Son xəbərlər

Orphus sistemi