Ermənistanın sabiq müdafiə nazirinə qarşı ittiham irəli sürülüb

Ermənistanın sabiq müdafiə nazirinə qarşı ittiham irəli sürülüb Ermənistan Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri Seyran Ohanyana qarşı külli miqdarda dövlət vəsaitini israf etmək ittihamını irəli sürərək ondan başqa yerə getməmək barədə iltizam alıb.
Region
261
2 Mart , 2020 20:00
Ermənistanın sabiq müdafiə nazirinə qarşı ittiham irəli sürülüb

Ermənistan Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri Seyran Ohanyana qarşı külli miqdarda dövlət vəsaitini israf etmək ittihamını irəli sürərək ondan başqa yerə getməmək barədə iltizam alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi məlumatında qeyd olunub.

“İstintaqın məlumatına görə, 2010-cu ildə Müdafiə Nazirliyi qanunun tələblərini pozmaqla Dzora SES-in özəlləşdirilməsinə dair məxfi qərar hazırlayaraq həmin şirkətə 3,6 milyard dram məbləğində əmlakın ayrılmasını təsdiqləyib. Həmin əmlakın həqiqi dəyəri isə 4 646 400 min dram olub. Beləliklə, dövlətə 1 046 400 min dram məbləğində ziyan vurulub”, - Xidmətin açıqlamasında deyilir.

Qeyd edək ki, həmin məbləğ təqribən 2 milyon ABŞ dollarına uyğundur.

Xatırladaq ki, S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

Son xəbərlər

Orphus sistemi