Ermənistanın Rusiyadakı yeni səfiri: İkitərəfli münasibətləri bizi qane edəcək vəziyyətə gətirmək üçün gəlmişəm

Ermənistanın Rusiyadakı yeni səfiri: İkitərəfli münasibətləri bizi qane edəcək vəziyyətə gətirmək üçün gəlmişəm Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyan Moskva ilə İrəvan arasında münasibətləri yaxşılaşdırmağa çalışacağını bildirib.
Region
3 Oktyabr , 2024 18:35
Ermənistanın Rusiyadakı yeni səfiri: İkitərəfli münasibətləri bizi qane edəcək vəziyyətə gətirmək üçün gəlmişəm

Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyan Moskva ilə İrəvan arasında münasibətləri yaxşılaşdırmağa çalışacağını bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasinlə görüşündə söyləyib.

“Bu çətin zamanlarda öz səylərimi göstərmək və Ermənistan-Rusiya münasibətlərini yaxşılaşdırmaq, bizi qane edəcək vəziyyətə gətirmək üçün gəlmişəm. Biz elə addımlar atmalıyıq ki, xalqlar sakit, əmin-amanlıq içində, təhlükəsiz şəraitdə yaşasınlar”, - Arsenyan deyib.

Xatırladaq ki, avqustun 15-də Ermənistan prezidenti Vaaqn Xaçaturyanın baş nazir Nikol Paşinyanın fraksiyasından parlamentdə deputat olan Arsenyanı Rusiyaya səfir təyin etdiyi məlum olub. Sentyabrın 11-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Arsenyanın etimadnaməsinin surətlərini qəbul edib.

Son xəbərlər

Orphus sistemi