Ermənistanın müdafiə naziri Rusiyaya gedib

Ermənistanın müdafiə naziri Rusiyaya gedib Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşmək üçün Rusiyaya işgüzar səfərə yola düşüb.
Region
12 Dekabr , 2020 18:18
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
Vaqarşak Arutunyan

Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşmək üçün Rusiyaya işgüzar səfərə yola düşüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“12 dekabrda müdafiə naziri Vaqarşak Arutunyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Səfər zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu ilə yanaşı digər yüksək vəzifəli şəxslərlə də görüşlər planlaşdırılır” deyə məlumatda qeyd olunub.

Bu, Vaqarşak Arutunyanın müdafiə naziri olaraq Rusiyaya ilk səfəridir.

Son xəbərlər

Orphus sistemi