​Ermənistanın keçmiş prezidenti cərrahiyyə əməliyyatı olunub

Region
  • 25 yanvar, 2016
  • 07:57
​Ermənistanın keçmiş prezidenti cərrahiyyə əməliyyatı olunub

Bakı. 25 yanvar. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan ABŞ-ın Qlendel şəhərində "Glendale memorial" xəstəxanasında bağırsaq xərçəngindən cərrahiyyə əməliyyatı olunub.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, əməliyyatdan sonra keçmiş prezident xəstəxanadan çıxarılıb və qohumlarının evində müalicəsi davam etdirilir.

Qeyd edək ki, yanvarın 9-da Levon Ter-Petrosyan oğlunun toyunu təxirə salaraq, təcili ABŞ-a səfərə gedib.

44 filmi