Ermənistanın hakim partiyasının deputatından seçki anonsu

Ermənistanın hakim partiyasının deputatından seçki anonsu Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.
Region
660
10 Dekabr , 2020 17:56
Ermənistanın hakim partiyasının deputatından seçki anonsu
Alen Simonyan

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə dekabrın 10-da Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının deputatı Alen Simonyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Qarabağ müharibəsinin yekununun məsuliyyətini boynuna götürüb: “Bunun mütləq nəticələri də olacaq. Heç kim bunu inkar etmir. Vəziyyəti normallaşdırdıqdan sonra növbədənkənar seçkilər keçirilə bilər. Bu, istisna edilmir. Mən növbədənkənar seçkilərin keçirilməsini vacib sayıram”.

O, ultimatumun nəticə verməyəcəyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi