Ermənistanın daha üç şəhərində etiraz aksiyası başlayıb

Ermənistanın daha üç şəhərində etiraz aksiyası başlayıb Vətəndaşlar Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı çıxırlar
Region
1491
21 Aprel , 2018 14:44
Ermənistanın daha üç şəhərində etiraz aksiyası başlayıb

Bakı. 21 aprel. REPORT.AZ/ Yerevanda Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 62-yə çatıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan Polisi İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyan bildirib.

Həmçinin bu gün Eçmiədzin şəhərində də yüzlərlə sakin etiraz aksiyalarına çıxıb. Yerli KİV-in məlumatına görə, aksiya iştirakçıları şəhərin mərkəzi küçələrini bağlayıb, hökumətə qarşı şuarlar səsləndirir, əlahini etiraza çağırırlar. 

Gümrü və Vanadzor şəhərlərində də etirazçılar küçələrə çıxıb, lakin hələlik polislə toqquşma barədə məlumat yoxdur. 

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın baş nazir vəzifəsinə təyin olunmasına qarşı kütləvi etiraz aksiyaları aprelin 13-dən başlayıb.

Son xəbərlər

Orphus sistemi