Ermənistanın Baş prokuroru keçmiş müdafiə nazirinin məsuliyyətə cəlb olunmasını tələb edir

Region
  • 20 yanvar, 2023
  • 08:27
Ermənistanın Baş prokuroru keçmiş müdafiə nazirinin məsuliyyətə cəlb olunmasını tələb edir
Seyran Ohanyan

Ermənistanın Baş prokuror Anna Vardapetyan sabiq müdafiə naziri Seyran Ohanyanın cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə çıxış edib.

Bu barədə “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir.

Belə ki, Vardapetyan ölkə parlamentinin spikeri Alen Simonyana müxalifətin parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi üçün üç vəsatət təqdim edib.

Qeyd edək ki, Baş Prokurorluğun cinayət işinə başlanması üçün parlamentin razılığı lazımdır.

44 filmi