Ermənistanın baş naziri və prezidentinin xarici səfərləri üçün əlavə 65 min dollar ayrılacaq

Ermənistanın baş naziri və prezidentinin xarici səfərləri üçün əlavə 65 min dollar ayrılacaq Ermənistanın baş naziri və prezidentinin qarşıdakı xarici səfərlərinin təşkili üçün hökumətin ehtiyat fondundan əlavə 25 milyon dram (təxminən 65 min dollar) ayrılacaq.
Region
17 Oktyabr , 2024 11:59
Ermənistanın baş naziri və prezidentinin xarici səfərləri üçün əlavə 65 min dollar ayrılacaq

Ermənistanın baş naziri və prezidentinin qarşıdakı xarici səfərlərinin təşkili üçün hökumətin ehtiyat fondundan əlavə 25 milyon dram (təxminən 65 min dollar) ayrılacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.

“Baş nazirin, prezidentin, eləcə də baş nazir müavininin xarici səfərlərinin sayının artması ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin Dövlət Protokol Xidməti əməkdaşlarının ezamiyyətlərinin sayı da artıb və 2024-cü il dövlət büdcəsində ezamiyyə xərcləri ilə bağlı vəsaitin yetərli olmadığı məlum olub”, – qərarda bildirilir.

Qeyd edək ki, 2024-cü il büdcəsində Dövlət Protokol Xidməti üçün 51 milyon dramdan (130 min dollar) artıq məbləğdə nəzərdə tutulan vəsait tam həcmdə xərclənib.

Son xəbərlər

Orphus sistemi