Ermənistanın baş naziri Gürcüstana səfər edəcək

Region
  • 21 fevral, 2017
  • 06:47
Ermənistanın baş naziri Gürcüstana səfər edəcək

Bakı. 21 fevral. REPORT.AZ/ Ermənistanın baş naziri Karen Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 23-24-də Gürücütana rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

İnformasiyaya əsasən, nümayəndə heyətinin tərkibində 5 nazir və bir nazir müavini var.