Onun sözlərinə görə, gələn il üçün dövlət borcu 4,5 trln. dram (cari kursla təxminən 9,7 mlrd. avro) səviyyəsində proqnozlaşdırılır. Borcun ÜDM-ə nisbəti 2014-cü ilin sonu ilə müqayisədə 0,6 faiz bəndi artacaq.
Cari ilin sonunda dövlət borcunun ÜDM-ə nisbəti isə 41,6% təşkil edəcək. Bunun da 35,6%-i xarici borcun - 31%-i hökumətin, 4%-i Mərkəzi Bankın, qalan 6,6%-i isə daxili borcun payına düşür.
Qeyd edək ki, 2015-ci ildə hökumətin xarici borcunun 0,4 faiz bəndi azalacağı (30,6%-dək), Mərkəzi Bankın borcunun 0,2 faiz bəndi (4,2%-dək), daxili borcun isə 0,6 faiz bəndi (7,2%-dək) artacağı proqnozlaşdırılır.