Ermənistanda COVID-19-a yoluxanların sayı 30 minə yaxınlaşır

Ermənistanda COVID-19-a yoluxanların sayı 30 minə yaxınlaşır Qeyd olunub ki, virusdan 17 427 pasiyent sağalıb
Region
269
8 İyul , 2020 11:14
Ermənistanda COVID-19-a yoluxanların sayı 30 minə yaxınlaşır
0 : 00
0 : 00

Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 535 nəfər artaraq 29 820-yə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.

Eyni zamanda, son bir gündə Ermənistanda 18 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 521-ə yüksəlib.

Qeyd olunub ki, virusa yoluxan 17 427 pasiyent sağalıb. Hazırda 11 708 nəfər infeksiyadan müalicə olunur.