Ermənistanda yol qəzası baş verib, 3 nəfər ölüb, 2-si yaralanıb

Ermənistanda yol qəzası baş verib, 3 nəfər ölüb, 2-si yaralanıb Ermənistanda Yerevan-Mehri avtomobil yolunda “KamAZ”la “BMW” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 2-si yaralanıb.
Region
16 Sentyabr , 2019 12:06
Ermənistanda yol qəzası baş verib,  3 nəfər ölüb, 2-si yaralanıb

Ermənistanda Yerevan-Mehri avtomobil yolunda “KamAZ”la “BMW” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 2-si yaralanıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, qəza nəticəsində “BMW” tamamilə, “KamAZ”ın isə kabinəsi yanıb. “BMW”nin sürücüsü və iki sərnişin hadisə yerində ölüb.

“KamAZ”ın sürücüsü və minik maşınının daha bir sərnişini yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. 

Son xəbərlər

Orphus sistemi