Bakı. 2 may. REPORT.AZ/ Ermənistanda mayın 8-də yeni baş nazirin seçilməsi üçün parlamentdə səsvermə keçiriləcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Ara Baloyan məlumat verib.
“Mayın 8-də saat 12:00-da parlamentin xüsusi iclasında Ermənistan Respublikasına baş nazir seçiləcək”, - o vurğulayıb.