Ermənistan polisi İrəvanın mərkəzində Abovyan küçəsini bağlamağa cəhd edən onlarla vətəndaşı saxlayıb.
“Report”
Hazırda müxalifət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi aksiyalarını həyata keçirməkdə davam edir.
Müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın müxtəlif yerlərində səhər tezdən vətəndaş itaətsizliyi aksiyaları başlayıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan müxalifətinin “Srbazan Paykar” teleqram kanalı məlumat yayıb.
Kanalın yaydığı videomateriallardan fəalların Əştərək şəhərində İrana gedən dövlətlərarası avtomobil yolunu bağladıqları məlum olub. Müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Xatırladaq ki, ötən gün arxiyepiskop Baqrat Qalstanyanın “Vətən uğrunda Tavuş” hərəkatından Ermənistanın baş nazirliyinə namizədliyi elan edilib.