Ermənistanda vəkillər hökumət əleyhinə aksiyalara qoşuldular

Ermənistanda vəkillər hökumət əleyhinə aksiyalara qoşuldular Ermənistanın Vəkillər Palatası baş nazir Nikol Paşinyanı dövlət quruluşuna təhlükə mənbəyi adlandıraraq, hökumət rəhbərinin istefası tələbilə çıxış edib.
Region
22 Dekabr , 2020 02:11
Ermənistanda vəkillər hökumət əleyhinə aksiyalara qoşuldular
Ara Zohrabyan
0 : 00
0 : 00

Ermənistanın Vəkillər Palatası baş nazir Nikol Paşinyanı dövlət quruluşuna təhlükə mənbəyi adlandıraraq, hökumət rəhbərinin istefası tələbilə çıxış edib.

“Report” xəbər verir ki, bu barədə Vəkillər Palatasının sədri Ara Zohrabyan özünün feysbukdakı səhifəsində bildirib. Palata sədri qeyd edib ki, o və həmkarları bu gün yürüşlə Palatanın binası qarşısından parlament və Baş Prokurorluğun binası qarşısına yollanacaqlar.

"Biz Ermənistan parlamentinin sədrinə hərbi vəziyyət rejiminin ləğvi və baş nazirə etimadsızlıq haqqında tələbi çatdıracağıq. “Mənim addımım” fraksiyasının üzvü olan vəkil deputatlardan hakim fraksiyanı tərk etməyi tələb edəcəyik. Biz eləcə də Baş Prokurorluğa cinayətin törədilməsi haqqında bəyanatı təqdim edəcəyik", - Zohrabyan qeyd edib.

"Dövlət quruluşumuzun itirilməsi təhlükəsi bizi etiraz aksiyasına çıxmağa və bu təhlükə mənbəyindən - baş nazir, onun komandasından mümkün qədər tez azad olmağa məcbur etdi”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi