Yerevanda valyutadəyişmə məntəqəsi hücuma məruz qalıb

Yerevanda valyutadəyişmə məntəqəsi hücuma məruz qalıb Ermənistanda valyutadəyişmə məntəqəsinə hücum edilib.
Region
6 Yanvar , 2020 02:44
Yerevanda valyutadəyişmə məntəqəsi hücuma məruz qalıb

Ermənistanda valyutadəyişmə məntəqəsinə hücum edilib.

“Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Yerevanda qeydə alınıb.

Paytaxtın Nor Nork rayonunun 33 yaşlı sakini Mqer Ayrapetyan bıçaqla ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə hücum edərək məntəqənin 37 yaşlı işçisi Armen D-dən pul tələb edib. Bu zaman hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Ayrapetyan polis əməkdaşları tərəfindən yaxalanıb və onun barəsində həbs qəti imkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi