Ermənistanda uşaq alveri ilə məşğul olanlar hələ də həbs olunmayıb

Region
  • 04 noyabr, 2021
  • 00:22
Ermənistanda uşaq alveri ilə məşğul olanlar hələ də həbs olunmayıb

Ermənistanda uşaq alveri ilə bağlı iş məhkəməyə göndərilib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Məhkəmə Departamentinin mətbuat xidmətindən məlumat yayıb.

Qeyd edilir ki, müttəhimlər kürsüsündə 5 nəfər var. İşə hakim Karen Farhoyan baxır. KİV qeyd edib ki, işlə bağlı həbs olunanlar yoxdur.

İş üzrə məhkəmə iclası noyabrın 18-nə təyin edilib. Qeyd edək ki, söhbət 2018-ci il təvəllüdlü Natali Mkrtçyandan gedir.