Ermənistanda Türkiyə vətəndaşlarının cəlb edilməsi ilə insident olub

Ermənistanda Türkiyə vətəndaşlarının cəlb edilməsi ilə insident olub Ermənistanın Vedi şəhərində Türkiyə vətəndaşlarının cəlb edilməsi ilə insident baş verib.
Region
1 Sentyabr , 2022 15:00
Ermənistanda Türkiyə vətəndaşlarının cəlb edilməsi ilə insident olub

Ermənistanın Vedi şəhərində Türkiyə vətəndaşlarının cəlb edilməsi ilə insident baş verib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Vedidəki insidentdə Türkiyə vətəndaşı və xanımı iştirak edib.

Sosial şəbəkədə yayılan məlumata əsasən, guya Türkiyə vətəndaşları ermənilərin ünvanına senzuradankənar ifadələr işlədiblər.

Hökumətin brifinqində Ermənistan Polis rəisinin müavini Ara Fidanyan bildirib ki, fakt üzrə polis material hazırlayaraq İstintaq Komitəsinə təqdim edib. O, hadisə ilə bağlı ictimaiyyəti məlumatlandıracaqlarını qeyd edib.

Son xəbərlər

Orphus sistemi