Ermənistanın Müdafiə Nazirliyi Kotayk vilayətinin Aramus kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbçisinin ölməsi faktını təsdiqləyib.
“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, hadisə nəticəsində müqavilə əsasında xidmət edən 1988-ci ildə Yerevanda anadan olmuş, baş leytenant Aram Badalyan və 1992-ci ildə Tavuşda anadan olmuş, 1992-ci il təvəllüdlü kiçik çavuş Levon Mkrtumyan ölüb.
Məlumata görə, yaralı 4 hərbçidən birinin vəziyyəti ağırdır. O, Müdafiə Nazirliyinin hospitalına yerləşdirilib, 3 yaralı isə müayinədən sonra xidmət üçün hərbi hissəyə buraxılıblar.
Ermənistanın Kotayk vilayətində sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində 2 hərbçi ölüb, 4-ü yaralanıb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, sürücü hadisə yerindən qaçıb.
Sürücünün sərxoş olduğu iddia edilir.
Qəza yerinə Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin Abovyan bölməsinin nümayəndəsi və başqa yüksək vəzifəli şəxslər gedib.
Məlumata görə, ölən hərbçilər və yaralılar eyni hərbi hissədə xidmət edirmiş.
Polisin axtarışı nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kotayk sakini, 34 yaşlı Karen Mikaelyan saxlanılıb.