Ermənistanda son sutkada koronavirusdan 30 nəfər ölüb

Ermənistanda son sutkada koronavirusdan 30 nəfər ölüb Ermənistanda daha 1 667 nəfərdə koronavirus aşkarlanıb.
Region
20 Noyabr , 2020 11:01
Ermənistanda son sutkada koronavirusdan 30 nəfər ölüb
0 : 00
0 : 00

Ermənistanda daha 1 667 nəfərdə koronavirus aşkarlanıb.

"Report" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 123 646-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 30 nəfər artaraq 1 900-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 488-ə yüksəlib. İndiyədək 90 754 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 30 504 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi